EVİN TİKİLSİN AY KASIB !?

Araşdırmalar, Fotoaraşdırma No Comments »

Son dövrlər tikinti materiallarının qiymətləri durmadan artır. Bakı tikililərində ən əhəmiyyətli sayılan və Bakı arxitekturasına xüsusi yaraşıq verən mişar daşının isə qiymətinin bahalaşmasına söz ola bilməz. Belə yerdə deyirlər ki, “Ay kasıb evin tikilsin…”.
Azərfoto mişar daşı istehsal olunan yerləri gəzdi. Qaradağ ərazisindəki karxanalarda olanda isə elə də qeyri-adi dəyişikliyin şahidi olmadıq. Yenə də köhnə çöllü-biyaban, tozu göyə sovuran isti külək və burada işləyib ailəsini dolandıran daşdan seçilməyən daş kimi əlləri olan karxana işçiləri. Siz də baxın, görün bu ərazilərdə nə qədər xammal israf olunur. Daha ətraflı »

NABRANDA İSTİRAHƏT ETMƏMİŞDƏN ÖNCƏ BU ŞƏKİLLƏRƏ BAXIN (FOTOARAŞDIRMA)

Araşdırmalar, Fotoaraşdırma No Comments »
Yay gəldi, istirahət mərkəzləri isə xəncərlərinin önünü də arxasını da itiləyirlər. Yəqin bu il qiymətlər hamını şoka salacaq. İmkanlılar xaricdə, orta imkan sahibləri bölgələrimizdə, imkansızlar isə sovetlər vaxtından fərqli olaraq sanatoriyalarda deyil evlərində dincəlməli olacaqlar. Bir anlıq orta imkanlı adamların bölgələrimizdə necə və hansı şəraitdə dincələ biləcəklərini düşünərək yolumuzun düşdüyü Nabran adlı istirahət zonasında fotogəzintiyə çıxdıq. Dedik, bu yerləri siz də görəsiniz ki, burada dincəlib-dincəlməmək barədə qərarınızı dəqiqləşdirəsiniz. Daha ətraflı »

Büdcə dəyişiklikləri seçkiyə hesablanıb

Məqalələr No Comments »

Şübhəli «sair xərclər»ə ayrılan vəsaitlər iki dəfə artıb, hansı ki, o dolayısıyla hökumətin seçki kampaniyasına yönəldiləcək

2008-ci il büdcəsinə dəyişikliklər və əlavələr edildi. Xatırlayırsınızsa ekspertlər büdcə layihəsinin özü müzakirə olunan zaman xeyli narazılıq bldirmişdilər.

Büdcə vəsaitləri ilə bağlı daimi müşahidə və araşdırmalar aparın, büdcə ilə bağlı bütün məqamlara ictimaiyyətin fikrini əks etdirən Milli Büdcə Qrupu (MBQ) «Azərbaycan Respublikasının 2008-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununa rəyini açıqlayıb. Qrupun ekspertləri hər zaman olduğu kimi, büdcə vəsaitləri ilə bağlı kifayət qədər bədxərc mövqedə duran hökumətdən daha pessimist ruhdadırlar. Daha ətraflı »

Vergini yığa bilməyən hökumət, neftin pullarını səxavətlə xərcləyir

Məqalələr No Comments »

«Sair xərclər»ə və investisiya layihələrinə ayrılan vəsaitlərə dair izahatların verilməməsi şübhələr yaradır

Ekspertlərin narahatlığına səbəb olan başqa bir məqam isə hökumətin vergilər şəklində büdcəyə çatası vəsaiti tam səfərbər edə bilmədiyi halda Fondun transfetlərindən gen-bol istifadə etməkdən çəkinməməsidir.

Belə ki, Hesablama Palatasının rəyində göstərildiyi kimi, 2008-ci il yanvarın 1-nə dövlət büdcəsinə çatası 2700 milyon manat hesablanmış vergi borcunun vergi ödəyicilərindən alınması mümkün olmayıb. Hökumətin izahından aydın olur ki, büdcəyə edilən dəyişiklərdə əsas məqsəd yeni büdcə xərcləmələri, xüsusilə dövlət investisiyaları ilə bağlı əlavə imkanlar əldə etməkdir ki, burada da hökumətin sosial-iqtisadi sahədəki siyasəti ilə büdcə siyasəti arasındakı əlaqələndirmənin kifayət qədər təmin olunmaması qabarıq şəkildə üzə çıxır. Daha ətraflı »

Qara qızıl hasilatçılarının qara kölgəli fəaliyyəti

Araşdırmalar No Comments »

Şəffaflıq təşəbbüsünə qoşulmuş ən aparıcı neft şirkətləri də gəlirlərini açıqlamaq - şəffaf olmaqda «çətinlik çəkir»

bp  Azərbaycanda orta şəffaflıq dərəcəsində, «Exxon –Mobil» isə bundan daha az şəffafdır. Bu, Beynəlxalq İnterneyşnlın (Tİ) apardığı qiymətləndirmənin nəticəsidir. Ümumilikdə, Azərbaycanda şəffaflığın orta səviyyəsinin hansı balla ölçüldüyü açıqlanması da, hər kəsin bu barədə müəyyən təsəvvürləri olmamış deyil.
Daha ətraflı »

MİLYON-MILYON AL-ƏLVAN QIZILGÜL və ya GÜLÜN, GÜL BAYRAMI GƏLİR

Fotoaraşdırma No Comments »

Bu gün Şuşamızın işğal günü olmasına baxmayaraq 10 may tədbirinə qızğın hazırlıq işləri gedir. Biz də olub-bitənləri müşahidə etmək məqsədi ilə Heydər Əliyev adına sarayin qarşısında “Gül bayramı” üçün gedən hazırlıqlarla yerindəcə tanış olmaq qərarına gəldik. Burada döğrudan da bir canlanma hiss olunurdu.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsən bu səfərbərlikdə iştirak etdiyini və hazırlıq işlərində çalışanlara öz qızıl məsləhətlərini verməsinin şahidi olduq. Daha ətraflı »

Biz, biz olsaq…

Araşdırmalar No Comments »

Yerli əhalinin təşəbbüsü ilə “Salyan OİL”  bərbad hala saldığı yolları təmir edib
Öncə onu deyək ki, Azərbaycanın neft və qaz hasilatı sektorunda fəaliyyət göstərən “Salyan OİL” Milli Məclis tərəfindən 16 aprel 1999-cu il tarixdə ratifikasiya edilmiş və Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış “Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında” sazişə əsasən işləyir. Daha ətraflı »

Büdcəmizdə talan var…

Araşdırmalar No Comments »

Neft pullarına ümid edən xalqımızınsa gözü hələ də yoldadır
Martın 12-də «Avropa» otelində «Dövlət xərcləmələri: şəffaflıq və səmərəlilik müstəvisində» adlı dəyirmi masa keçirilib. Dəyirmi masanı Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə, «Ekspert» jurnalının informasiya dəstəyi ilə Milli Büdcə Qruppu və İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyası təşkil edib. İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu konfransın məqsədi və gözlənilən nəticələr barədə yığıncaq iştirakçılarına məlumat verib. Onun sözlərimnə görə, Milli Büdcə Qrupu və İctimai Birliklərin «Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyasının təşkil etdiyi bu dəyirmi masada müstəqil ekspertlərin 2005-2008-ci illərdə dövlət büdcəsindən investisiya layihələrinə ayrılmış vəsaitlərin istifadə istiqamətləri üzrə apardıqları araşdırmaların nəticələrinin, eyni zamanda büdcə investisiyalarının struktur və dinamikası üzrə baş verən dəyişikliklər və onun sosial-iqtisadi təsirləri ilə bağlı müzakirəsi nəzərdə tutulur. Daha ətraflı »

Büdсə investisiyalarına nəzarətsizlik-Talançılığa perspektiv

Araşdırmalar No Comments »

Hökumət büdсə şəffaflığını təmin etməlidir
Nəzarətsizlik, hökumətin hesabatsızlığı və şəffaflığın olmaması Azərbayсan büdсədən maliyyəşdirilən layihələrin qəsdən şişirdilməsinə və korrupsiya hallarının artmasına, ədalətsiz sosial təbəqələşməyə, eləсə də yoxsulluğun dərinləşməsinə səbəb olub.

Azərbayсanda dövlət büdсəsinin bu durumu ölkədə günü gündən dərinləşən və artan yoxsulluğun özünü  daha da qabarıq büruzə verməsini təmin edir. Hökumətin açıqladığı saxta statistik rəqəmlərlə yoxsulluğun azaldılması barədə yalan məlumatları elə hökumətin özünün altına imza atdığı bir çox rəqəmlər təkzib edir.
Daha ətraflı »

Vətəndaş nəzarəti nədir?

Araşdırmalar No Comments »

Biz özümüz problemlərimizin həlli üçün nə edirik?!
Məlumdur ki, hasilat sənayesi ilə məşğul olunan yerlərdə ərazinin ekoloji cəhətdən çirklənməsi və bəzi sosial infrastrukturların zaman-zaman yararsız vəziyyətə düşməsi qaçılmaz olur. Azərbaycanda da bu qəbildən ciddi problemlər mövcuddur. “Danılmaz faktdır ki, hasilat sənayesinin mövcud olduğu ərazilərdə ekoloji problemlər olur. Azərbaycanın bəzi regionlarında dərin ekoloji problemlərin olması apardığımız araşdırmalarla sübut edilib” - deyə “Saniyə” humanitar-ekoloji informasiya agentliyinin direktoru Elçin Sərdarov bildirir.
Daha ətraflı »